خانه / ادبیات / Yer bə Yer

Yer bə Yer

Yer bə Yer

Qoy ayaqlarım axınsın;
Ürəyim tökülsün,
Sən ki calananların yığanı deyilsən;
Və yığılanların yerinə qaytaranı!
Əslən nəyin yeri hara dir?
Təkcə yer bə yer olan ölülərin yeri yerdə dir.
Başqa nələr öz yerində dir ki?
Nə calananlar
Nə də ki cayanlar.
Nə xiyavanlar, nə yollar yerində di,
Yerimizə yetirsinlər bizi
Nə körpülər dayanıb, o ələ götürsünlər bizi.
Bir yerə bənd deyil, kölgələr bir an;
Yerindən oyanıb ölkələr belə.

Qoy ayaqlarım axınsın;
Ürəyim tökülsün,
Sən ki calananların yığanı deyilsən;
Və yığılanların yerinə qaytaranı!
Əslən nəyin yeri hara dir?
Təkcə yer bə yer olan ölülərin yeri yerdə dir.
Başqa nələr öz yerində dir ki?
Nə calananlar
Nə də ki cayanlar.
Nə xiyavanlar, nə yollar yerində di,
Yerimizə yetirsinlər bizi
Nə körpülər dayanıb, o ələ götürsünlər bizi.
Bir yerə bənd deyil, kölgələr bir an;
Yerindən oyanıb ölkələr belə.

Çalxanır dünyamız, dünyalarımız,
Yük-yapın bağlayır hövləsəkliyimiz,
Köçməkdə dir xəyal, qayğı _
_umud, duyğu.

Bu evdən o evə daşınmaqda dir,
Kədər, sevinc _
_Ayrılıq, ölüm, qorxu,
Bu qapı durma gəldi!
Bir də ki sevdalarımız,
Bu gönül dayan, yetişər indi;
O gönül döyün səndən sovuşdu!

Paxıllıq eləmirəm ancaq
Kim nəyi saxlaya bildi ki,
Sən məni saxlaya biləsən,
Gedib, gəlib də, ürəyimi yoxlaya biləsən?

Güllər açır, leçəklənir _
_Yarpaqlanır tökülür;
Boyalar axır boyalar üstə,
Yuxularım duvarlardan boylanır, baxır.
Salıram qıçlarım üstə yuxladam özümü,
Yırğanıb, daşıb, töküləm,
“Yox”-ladam özümü;
Bircə an tərpənişdən saxladam özümü.

Yuxular boylanıb duvarlardan baxır,
Tərpədir səni də, məni də yatağımızda;
Oynadır bizi yerlərimizdə,
Yenə başlanır bir təzə nağıl;
Qabaqkı nağıllar bir yerə çatmadan,
Almasın çeynəyib də suyun utmadan!

درباره ی ayhan

همچنین ببینید

بامبومبا

بامبومبا بامباچادان باشلار، بومبالارا قدر؛ ائودن ائشیگه، اوشاقدان بؤیوگه؛ بامباچا باشا، بومبالار شهره؛ هردن دیزیـــمیزه …

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *